Müsəlman Birliyi Hərəkatının üzvü Türkiyədə saxlanılıb

tərəfindən Gozetci

Yanvarın 4-də Müsəlman Birliyi Hərəkatının  üzvü İmran Məmmədli Türkiyənin Afyonkarahisar şəhərində saxlanılıb.

Məmmədli kirayədə qaldığı mənzildən çıxarkən saxlanılıb. Bir saat sonra onu geri gətiriblər, əşyalarını toplamağı tapşırıblar və geri aparıblar. Bu barədə Turan-a Hərəkatdan bildiriblər.

Hərəkatın mətbuat katibi Əbülfəz Bünyadov bildirib ki, yanvarın 3-də axşam bir qadın İmrana zəng edərək, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edən yazının ona aid olub-olmadığını soruşub. İmran yazını özünün yazdığını təsdiqləyib, səhər evdən çıxarkən onu saxlayıb, əl-qolunu qandallayıblar. İndiyədək saxlandığı yer barədə ailəsinə məlumat verilməyib”, – Bünyadov Turan-a bildirib.

Məmmədli Azərbaycanda axtarışda olmayıb və ona qarşı hər hansı iş qaldırılmayıb. Bünyadov bildirib ki, Məmmədli 3 ay öncə ölkədən gedib və sərhədi problemsiz keçib.

Məmmədlinin mümkün deportasiyası və ya ekstradisiyası ilə bağlı hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Məmmədli bundan əvvəl də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təqiblərə məruz qalıb. Belə ki, 2022-ci il mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun məhkəmə prosesi zamanı bu təşkilatın bir neçə fəalı saxlanılıb. 30 sutka həbs olunan üç fəalın arasında İmran Məmmədli də olub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az