Bəxtiyar Hacıyev 12 gündür ki, aclıq edir

tərəfindən Gozetci

İctimai fəal Bəxtiyar Hacıyev 12 gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq edir. Bu barədə Turan-a vəkil Şəhla Qumbətova bildirib. Bazar ertəsi vəkil ona baş çəkib.

Onun sözlərinə görə, Hacıyevin səhhəti getdikcə pisləşir. Təcridxanasına daxil olandan və aclığa başlayandan sonra 6 kiloqram arıqlayıb, hazırda çəkisi 78 kiloqramdır, arterial təzyiqi 90/60-dır.

Hacıyev bildirib ki, onun azadlığa buraxılması tələbi təmin olunmasa, quru alcığa keçəcək. O həmçinin yerli və beynəlxalq ictimaiyyətdən böyük dəstək gözləyir. Hacıyev hakimiyyətyönlü telekanalda təhqir edilməsini pisləyib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Bəxtiyar Hacıyev həbsdən azad olunması tələbilə müddətsiz aclığa başlayacağını vəd edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az