80
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi 2023-cü il yanvarın 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabinetinin 27 oktyabr tarixli məlumatında deyilir.
Məlumata görə, bu qərar ölkə ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qəbul edilib.
Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci il fevralın 28-də aşkarlanıb, bundan sonra ölkədə xüsusi karantin rejimi tətbiq edilib.
Hazırda Azərbaycanda ilkin olaraq tətbiq edilən bütün qadağalar ləğv edilib, yalnız ölkənin quru sərhədləri bağlıdır.
Turan