SMDT Azərbaycanda hökumət tənqiçilərinə qarşı artan siyasi motivli hücumları qınayan açıqlama yayıb

tərəfindən Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Sentyabrın 1-də Azərbaycanda son zamanlarda hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, aktivistlər və jurnalistlərə qarşı artmış siyasi motivli təzyiq və təqib halları ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, 2022-ci ilin 8 ayı ərzində ən azı 19 hal üzrə siyasi fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, bloqqer və jurnalistlər hüquq-mühafizə orqanlarının siyasi motivli təqibinə məruz qalaraq, saxlanılmış və ya polisə aparılaraq hədə-qorxuya məruz qalıblar.

SMDT istintaq orqanlarının laqeyd və qeyri-peşəkar yanaşmasını qınayaraq bildirib ki, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə qarşı təzyiq hallarının qarşısının alınmaması, o cümlədən baş vermiş zorakılıq hallarının obyektiv şəkildə araşdırılmaması hökumətin öz tənqidçilərinə qarşı barışmaz siyasi münasibətinin göstəricisidir.

Açıqlamanın sonunda təşkilat Azərbaycan hökumətinə, Avropa Şurasına və Avropa Birliyinə çağırışlar ünvanlayıb.

Açıqlamanın mətni ilə buradan tanış olun.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az