Aprelin 17-də Müsavat Partiyasının bir qrup fəalı Ukraynanın Bakıdakı səfirliyinin binası önündə Ukrayanaya dəstək aksiyası keçirib.
Müsavat Partiyasının məlumatına görə, aksiya iştirakçıları Rusiya işğalçıları ilə mübarizədə Ukrayna ordusuna uğur arzulayıb, bunun bütün azadlıqsevər xalqların qələbəsi olacağını ifadə edib.
Aksiya iştirakçıları uca səslə “Rus işğalına son!”, “Yaşasın Ukrayna xalqı!”, “Yaşasın Ukrayna xalqının demokratik yolla seçilmiş prezidenti Zelenski!”, “Qələbə yaxındadır Ukrayna!”, “Azərbaycan sizinlədir Ukrayna xalqı!”, “Putin qatildir!” şüarları deyib.
Daha sonra Müsavat Partiyasının fəalları səfirliyin önündə Ukraynada həlak olan insanların xatirəsinə qurulmuş lövhənin önünə çiçək dəstələri qoyub.
Turan