Ukrayna şəhər və kəndlərində hava hücumundan xəbər verən həyəcan təbili getdikcə daha tez-tez səslənir.
Müharibə artıq üçüncü həftədir ki, davam edir və bu müddət ərzində raket, mərmi və bombaların uğultusu ukraynalıların əksəriyyəti üçün tanış səs-küyə çevrilib.
Rusiya zərbələrin sırf hərbi hədəflərə yönəldiyini iddia edir, lakin faktlar göstərir ki, Rusiya ordusu üçün obyektin hərbi və ya mülki olması elə də böyük fərq kəsb etmir – hər biri hücuma məruz qala bilər.
Bir milyon yarım əhalisi olan Xarkov şəhərini sakinlərin çoxu davamlı atəşlər səbəbindən tərk edib.
Qalmağa qərar verən və ya getmək imkanı olmayanlar səhər saatlarında mağazalarda, banklarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində növbəyə düzülürlər.
Könüllülərin iştirakı ilə əhatəli humanitar fəaliyyət həyata keçirilir: şəhərin müdafiəçiləri və yardıma kəskin ehtiyacı olanlar üçün yemək hazırlanır.
Müharibənin hər növbəti günü qurbanların sayını artırır. Rəsmi statistikanın aparılması çətinləşsə də, yayılan məlumatlar minlərlə ukraynalının atışma və bombardmanlar nəticəsində öldüyünü və ya yaralandığını güman etməyə əsas verir.
Liman şəhəri olan Mariupolda vəziyyət ağırdır. Artıq iki həftədir ki, bu şəhər mühasirədədir və davamlı olaraq atəşə məruz qalır.Şəhər rəsmilərinə görə, Mariupola açılan atəş nəticəsində 1600-ə sakin həlak olub, lakin atəşin intensivliyinə görə küçələrdən cəsədləri yaəmaq olmur.
Sağ qalan sakinlərin humanitar dəhlizlər vasitəsilə şəhərdən çıxarılmasından söhbət belə getmir, çünki Rusiya tərəfi müvəqqəti atəşkəsin şərtlərinə əməl etmir.
Mariupolun yaxınlığında başqa bir liman şəhəri – Nikolaev uğrunda döyüşlər davam edir. Rusiya ordusu şəhərə kaset bombalar atır istifadə edir, lakin yerli əhali müqavimət göstərməkdə davam edir.
Cümə günü Rusiya ilk dəfə olaraq Ukraynanın qərb bölgələrini atəşə tutmağa və bombalamağa başlayaraq Dnepr şəhərinə zərbə endirib.
Paytaxt Kiyevdə könüllülər səngərlər qazır və barrikadalar qurur, şəhəri qalaya çevirirlər.
Şəhərin bir çox rayonlarında səyyar mətbəxlər təşkil olunub: Kiyev sakinləri ümumi işə bacardıqları köməyi göstərirlər.
Çoxları, əsasən də qadın və uşaqlar ölkəni tərk etməyə çalışır.
BMT-nin bildirdiyinə görə, Rusiya rəsmilərinin ucbatından 2,5 milyondan çox ukraynalı qaçqın düşüb.
Ukraynanın qərbindəki Lvov şəhəri də vəziyyətin pisləşəcəyinə hazırlaşır.
İncəsənət qalereyaları, muzeylər və məbədlərdə şəhərin zəngin mədəni irsinin təxliyə olunmasına hazırlıq aparılır.
BBC