Həlak olan hərbçilərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz edirlər

tərəfindən Gozetci

Müxtəlif vaxtlarda həlak olan hərbçilərin valideynləri bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Onlar həlak olanlara “şəhid”  statusunun verilməsini tələb edirdilər.

“Deyirlər ki, özü- özünü vurub. Ona görə şəhidlik statusu verilmir. Mənim oğlum 1 il, 6 ay Murovdağda xidmət edib, 44 günlük müharibədə iştirak edib, medalla təltif olunub. Tərxisə 6 gün qalmış dedilər ki, özü- özünü vurub”, -aksiya iştirakçılarından biri deyib.

Valideynlər bildiriblər ki, bütün instansiyalara müraciət ediblər, amma nəticəsiz qalıb. Etirazçıları Prezident Administrasiyasına söhbətə dəvət ediblər.

Aksiya zamanı reportyorlar Fatimə Mövlamlı və Sevinc Sadıqova saxlanılıb.

Daxili İşlər Nazirliyindən Turan agentliyinə bildiriblər ki, jurnalistlərin saxlanması barədə məlumat yoxdur.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az