Parlamentin komitələrində “Media haqqında” qanun layihəsi yenidən müzakirə olundu

tərəfindən Gozetci

Hüquqşünas: “Bu formada, dövlətin müdaxiləsi şəklində görünən məqamlar qalarsa, bu, ölkəyə xeyli başağrısı gətirəcək”

Dekabrın 22-də Milli Məclisin komitə sədrləri Əli Hüseyn və Zahid Oruc bir qrup media təmsilçisi ilə görüşərək yeni “Media haqqında” qanun layihəsini müzakirə ediblər. Bu barədə Meydan TV-yə danışan hüquqşünas Ələsgər Məmmədli deyib ki, MEDİA Agentliyinin əməkdaşları, Tele-radio Şurasının sədri ilə yanaşı Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Ülkər Abdullayeva və Vüsalə Mahirqızı da görüşdə iştirak edib.

Ələsgər Məmmədlinin sözlərinə görə, müzakirələr zamanı layihəni dəstəkləyənlərin razılaşmadığı məqamlar olub, iradlara tolerant yanaşılıb:

“Layihə Milli Məclisdə ikinci oxunuşdan keçib. Xüsusilə ikibaşlı ifadələrin, media azadlığına məhdudiyyət kimi tətbiq olunacaq məqamların qanunvericilikdə bu şəkildə qəbul olunmamasını istədiyimizi vurğuladıq. Qarşı tərəf də belə iddialarının olmadığını, prosesi daha yaxşıya doğru aparmaq istədiklərini dedilər. Eyni zamanda da yazdıqlarını əsaslandırmağa çalışdılar”.

Hüquqşünas deyir ki, hüquqi və texniki baxımdan 3-cü oxunuşda qanun layihəsinin dəyişdirilməsi mümkündür, ancaq bunun üçün iradə lazımdır:

“Bir şeyi bilirəm ki, bu formada, dövlətin müdaxiləsi şəklində görünən məqamlar qalarsa, bu, ölkəyə xeyli başağrısı gətirəcək”.

Qərara alınıb ki, müzakirələr dekabrın 23-də də davam etdirilsin.

İctimai müzakirəyə çıxarılmadan parlamentə tətbiq olunan və ciddi narazılıqlara səbəb olan qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib. Ekspertlər bu qanun layihəsindəki əksər maddələrin Konstitusiyaya və beynəlxalq normalara zidd olduğunu deyirlər.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az