Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı və 33 gündür aclıq aksiyası keçirdiyi deyilən Saleh Rüstəmovun səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə bu gün, dekabrın 8-də Saleh Rüstəmovla görüşən vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna danışıb. O, indilərdə məhbusu ziyarət etdiyini və ona sistem köçürüldüyünü bildirib:
“Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə ediblər. Hazırda yaxınları Saleh bəyin yanındadır. Sistem köçürülür. Mən ombudsman Səbinə Əliyeva ilə görüşə gedirəm deyə, Saleh bəyin yanından çıxdım”.
Amma onun aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Məsələyə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu