101
“Nardaran işi” üzrə mühakimə olunmuş Cabbar Cabbarov altı sutkalığa 1 saylı koloniyanın karserinə salınıb. Bu barədə, onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, cəzaya formal səbəb məhbuslar arasında dava olub. Ancaq Cabbarov davada iştirak etməyib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Cabbarov 2015-ci ildə Nardaran qəsəbəsində güc qurumlarının “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadəyə qarşı xüsusi əməliyyatı zamanı saxlanılıb.
Sonradan Cabbarov terrorizm, silahların qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, kütləvi iğtişaşların təşkili və sair cinayətlərdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.
Turan