Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Binəqədi Rayon Şöbəsinin fəalı Ramiz Cəfərov barədə Sabunçu rayon Məhkəməsinin inzibati həbs qərarından verilən şikayətinə baxılıb.
Şikayəti vəkil Fəxrəddin Mehdiyev verib.
Cəfərov bildirib ki, onu noyabrın 3- də işə getdiyi taksidə saxlayıb polis bölməsinə aparıblar.
Saxlanılarkən fəal təhqir və təzyiqə məruz qalıb.
Polis bölməsində onun mobil telefonunun kodunu istəyiblər.
Kodu vermədikdə təzyiqə məruz qalıb. Cəfərov vəkillə görüş tələb etsə də görüş təmin olunmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1- ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 25 sutkalıq inzibati həbs qərarı verilib.
Vəkil bildirib ki, inzibati işlərdə apellyasiya instansiyası şikayət üçün ən yüksək instansiya olduğundan, müdafiə tərəfi perspektivdə fəalın həbsinin qanunsuzluğunu tanımaq və ona təzminat ödəmək üçün indi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Turan