Ruhanilər Birliyindən saxlananlar var

tərəfindən Gozetci

Sərdar Hacıhəsənli (Babayev)

Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri – Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların hamısının maide.az saytının əməkdaşları olduğu da deyilir (Sərdar Babayev redaktorudur).

Həmin şəxslərin yaxınları bildirib ki, onları dünən, oktyabrın 19-da saat 16:17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb:

“Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar”.

Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Xatırlatma

Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmirdi.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az