Müsavat Partiyasının üzvü 25 sutka həbs edilib

tərəfindən Gozetci

Müsavat Partiyasının üzvü Rövşən Hüseynov 25 sutka həbs edilib.

O, oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinə aparılıb. Həmin gün Suraxanı Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 2535.1-ci maddəsi (polisə tabe olmama) ilə təqsirli bilərək həbs edib. Bu barədə, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

Partiyada fəalın konkret nədə təqsirli sayıldığını bilmirlər. Ona yaxınları ilə əlaqə saxlamağa icazə verməyiblər, vəkil olmadan mühakimə ediblər.

Müsavat Partiyası müdafiə işinə etibarlı vəkil cəlb edəcək və həbsdən apellyasiya verəcək. Partiyada həbsi siyasi motivli hesab edirlər.

Müsavat Partiyasında Hüseynovun həbsini partiyanın yaradılmasının 110 illiyi münasibətilə oktyabrın 11-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsinə yürüş ilə əlaqələndirirlər.

Polis Müsavat Partiyası üzvlərinə maneələr yaradıb, Rövşən Hüseynov isə hüquq-mühafizə orqanlarının hərəkətlərinə kəskin etiraz edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az