84
Həsən Məmmədov əlillik müavinətinin kəsilməsindən şikayətçidir. “Gözətçi” xəbər verir ki, o, əlilliyinin yenidən təyin olunması üçün müraciət etsə də, ona Tibbi-Sosial Ekspet Komissiyasından imtina cavabı gəlib.
“Bu ilin mart ayından əlillik pensiyamın 5 illik müddəti bitib. Həmin vaxtdan da həm pensiya, həm də xəstəliyimlə əlaqədar verilən dərman yardımı kəsilib. Sabunçuda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicədə olmuşam. Əlilliyin yenidən təyin olunması üçün müraciət etsəm də, imtina cavabı gəlib”.
Həsən Məmmədovun diaqnozu ürək çatışmazlığıdır, infarkt keçirib. Əməliyyat olunub, 2013-cü ildən buna görə pensiya alır.