110
Göygöl rayon sakini Ramal Ocaqquliyev iyulun 14-də kənd təsərrüfatı işləri zamanı minaya düşüb. Bu barədə Göygöl Rayon Prokurorluğu məlumat yayıb.
Ocaqquliyev Göygöl və işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən, “Bənövşə otlağı” olaraq tanınan ərazidə piyada əleyhinə minaya düşüb. Bu ərazi əvvəllər Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında yerləşib və minalanmış zona hesab olunur.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (adam öldürmə, xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb, istintaq aparılır, deyə məlumatda bildirilir