Əlilliyi olan uşağa müavinətin təyin edilmədiyi bildirilir

tərəfindən Gozetci

Mingəçevir sakini Könül Məmmədova “Gözətçi”yə bildirib ki, oğlu Ö.M. iki yaşından ciddi xəstəlikdən əziyyət çəkir.

“Oğlum generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromu”ndan əziyyət çəkir. Hazırda on yaşı var və o, dərmanla yaşayır”.

K. Məmmədovanın sözlərinə görə, uşağa dərman verməyəndə, yaxud dərmanı gecikdirən kimi qıcolma və spazm tutur. Qıcolma 15-20 dəqiqə çəkir.

Şikayətçinin bildirir ki, oğlunda bu cür tutmalar ayda 3-4 dəfə təkrarlanır.

Könül Məmmədova oğluna əlillik təyin olunması üçün Mingəçevir şəhər Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etsə də, imtina cavabı gəlib:

“İmtina onunla əsaslandırılıb ki, göndəriş natamam doldurulub. Mingəçevirdə həkimlərə müraciət etdim, onlar isə deyirlər ki, göndərişdə uşağın bütün xəstəlikləri göstərilib”.

Məsələ ilə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından münasibət öyrənmək hələlik mümkün olmayıb.

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az