“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailə üzvlərinin aksiyası

tərəfindən Gozetci

Bu gün “Tərtər işi” üzrə həbs edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onların aksiyasına yoldaşları həbsdə olan Sevinc Sadıqova və Gülmirə Aslanova da qoşulub.

Polislər və mülki geyimlilər aksiya iştirakçılarını PA-nın həyətinə buraxmayıblar. Valideynlər üç ildir bura gəlib getdiklərini, amma heç kimin onlarla görüşmədiyini deyir.

Daha sonra aksiya iştirakçılarından iki nəfəri oranın qəbul otağına aparılıb. Oradan isə Ali Məhkəməyə göndəriblər.

Xatırladaq ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə hərbiçilərdən və mülki şəxslərdən ibarət qrupun saxlanıldığını bildirib.

Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az