Şəhid ailələri etiraz edir

tərəfindən Gozetci

Yanvarın 26-da İkinci Qarabağ döyüşündə şəhid olanların  ailə üzvləri Qaradağda qəbirləri qazıb, yaxınlarının cəsədlərini çıxartmağa çalışıblar. Polislər şəhid yaxınlarının bu hərəkətinin qarşısını alıblar. Onların bunu etməsinə səbəb isə övladlarının Qaradağ rayonunda deyil, İkinci Fəxri Xiyabanda dəfn olunmasını tələb etmələridir. Lakin onların müraciətlərinə baxılmayıb.

Şəhid yaxınları sinə daşını qırdıqları zaman qəbrin qrunt suları ilə dolduğunu görüb daha da qəzəbləniblər.  Şəhid yaxınları səhərə kimi qəbiristanlıqda etirazlarına davam ediblər. Gecə Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndə gəlsə də valideynlər onu qəbiristanlıqdan qovublar.

Valideynlər deyirlər ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər Qaradağ rayonundakı yol kənarında olan bu məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib.

Yanvarın 27 şəhidlərin yaxınları Qaradağda yolun nəqliyyatını bağlamaya çalışıblar. Polislər bunun qarşısını alıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az