AXCP fəalının məhkəməsi olub

tərəfindən Gozetci

Bu gün Bakının Xəzər Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Məhərrəmlinin ona təyin edilmiş cəzanın qanunvericiliyə uyğunlaşdırılması və onun yumşaldılması ilə bağlı müraciətinə baxılıb.

AXCP-dən bildiriblər ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən iclas zamanı Aqil Məhərrəmli 2 saylı koloniyadan onlayn formada prosesə qoşulub.

İclas zamanı Məhərrəmli CM-in 192 (qanunsuz sahibkarlıq) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) maddələri ilə ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.

“Mən heç bir cinayət törətmədiyim halda mənə cəza veriblər”, – Məhərrəmli deyib. O qeyd edib ki, ancaq siyasi məhbusların ailələri üçün göndərilən vəsaiti çatdırıb.

“Mənə göndərirdilər və mən də çatdırırdım. Mən bu vəsaitdən bir manat da gəlir götürməmişəm. Mənim əməlimdə cinayət tərkibi yoxdur”, – Məhərrəmli bildirib. O, məhkəmədən qanunvericiliyə düzəlişləri ona tətbiq etməyi və cəzasının 2/3 müddətini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad etməyi xahiş edib.

Ancaq prokuror xahişin təmin olunmasının əleyhinə çıxıb və hökmün dəyişmədən saxlanmasını istəyib.

Məhkəmə bir həftədən sonra hökmü elan etmək barədə qərar qəbul edib. Aqil Məhərrəmli 2018-ci ilin mayında saxlanılıb və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında” adlandırılan iş üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az