103
Əsirlərdən bir neçəsinin kimliyi bəlli olub
Ermənistan tərəfdə 12 azərbaycanlının əsir saxlanıldığı bildirilir. Meydan TV bir neçə mənbədən faktı dəqiqləşdirib və əsir götürülmüş Azərbaycan vətəndaşlarından yalnız 7-nin adını müəyyənləşdirə bilib.
- Emin Zahir oğlu Baxşəliyev, Yevlax şəhər sakini
- Amin Alim oğlu Musayev, Ağstafa rayon sakini
- Yəhya Vüqar oğlu Abdinov, Hacıqabul rayonunun Ağacanlı kənd sakini
- Şərif Elsəvər oğlu Əliyev, Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini
- Ömər Teymur oğlu Ələkbərov, Gəncə şəhər sakini
- Nurəddin Yolçuyev, Yevlax rayonunun Marzılı kənd sakini
- Bayram Yaşar oğlu Kərimov, Gəncə şəhər sakini
Hazırda Qırmızı Xaç Komitəsinin əsirlərin dəyişdirilməsi istiqamətində iş apardığı bildirilir. Meydan TV-yə verilən məlumata görə, əsirlərdən bir neçəsi ailəsinə məktub göndərərək sağ olduqlarını bildiriblər.
Azərbaycan tərəf əsirlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan əsirlərin hamısının dəyişdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirmişdi.