Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov ötən gün axşam
Kürdəxanı təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.
Onun sözlərinə görə, bu gün aclıq aksiyasının 15-ci günündə onun təzyiqi 80/50-ə enib, böyrəklərdə kreatinin səviyyəsi yüksəlib.
“Bu gün həkim ona baxdı, amma Əfqan ona qidalandırıcı vasitələr tətbiq etməyə icazə vermir. Ümumi vəziyyəti pisdir. Aclıq aksiyasının 20-ci günü (beş gündən sonra) sudan da imtina edəcək”, – S.Sadıqova deyib.
* Əfqan Sadıqov bu ilin may ayında hədə-qorxu yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib.
Noyabrın 4-dən hökmə etiraz olaraq aclıq elan edib.
Turan