Oktyabrın 14-ü Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncənin keçmiş İcra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olan Yunis Səfərov və digər 11 nəfərin məhkəmə baxışının ilkin iclası keçirilib.
Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamları elan edib. Təqsirləndirilən şəxslər onlara oxunan ittihamlar üzrə özlərini təqsirli bilmirlər. Sadecə Yunis Səfərov özünü qismən təqsirli bilir.
Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncə şəhərinin keçmiş İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Rəsmi məlumata görə isə iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Növbəti məhkəmə prosesi ayın 15-nə təxirə salınıb
Turan