Vəkil: Tofiq Yaqublu su içməkdən imtina edə bilər

tərəfindən Gozetci

[:az]Vəkil Aqil Layıcov sentyabrın 16-da xəstəxanada hüquqlarını müdafiə etdiyi müxalif siyasi xadimi Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə Aqil Layıcov açıqlama yayıb.

“Nəhayət, 4-cü cəhdimdə Tofiq Yaqublu ilə görüşə bildim. Sağlamlığında gündən-günə problemlər baş qaldırır. Fikirləri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa gücü çatmır,” vəkil qeyd edib.

O vurğulayıb ki, Yaqublu indiyədək qida və qidaverici sistemlərdən imtina edib.

“Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa sudan belə imtina edəcək. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq etdi. Həmçinin, xüsusilə, qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara son qoyulsun,” vəkil deyib.

Tofiq Yaqublu on beşinci gündür aclığı davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə, Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilib, o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.

Sentyabrın 15-də vəkillərini və ailə üzvlərini görüşə buraxmayıblar. Sentyabrfın 14-də Tofiq Yaqublunun qızı Nigar Həzi onunla görüşdən sonra bildirib ki, xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində olub.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az