[:az]Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev 22 sutkadır ki, 6 saylı koloniyada aclığı davam etdirir. O, məhkəmənin ədalətsiz hökmünün ləğvini tələb edir. Bu barədə onun ailə üzvləri məlumat veriblər.
Mənbənin məlumatına görə, koloniyanın tibb bölməsinə yerləşdirilən E.Saqiyevin vəziyyəti gündən-günə pisləşir. Böyrək və ürək ağrıları kəskinləşib, qan təzyiqi aşağıdır.
Xatırladaq ki, E.Saqiyev 2017-ci ilin noyabrında həbs olunub. 2018-ci ildə isə külli miqdarda narkotik maddə alveri ittihamı ilə 7 il müddətinə mühakimə edilib. Amma yerli hüquq müdafiəçiləri əmindirlər ki, E.Saqiyevi qohumu, siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Sonuncu artıq bir neçə ildir ki, Avropada yaşayır və “Azərbaycan satı” İnternet resursunda Azərbaycan hakimiyyətini kəskin tənqid edib.
Avqustun 18-də Ali Məhkəmə onun barəsində hökmdən kassasiya şikayətini təmin etmədikdən sonra E.Saqiyev aclıq aksiyasına başlayıb. Müdafiə tərəfi AİHM-ə şikayətlə müraciət etmək niyyətindədir.[:]