D18 Hərəkatının sədri Ruslan İzzətli əməliyyat olunacaq

tərəfindən Gozetci

[:az]Bu barədə məlumatı hüquqşünas Samirə Ağayeva özünün facebook  hesabında paylaşıb.

 

“Səhhətində ciddi problemlər ola ola Ruslan İzzətli qanunsuz olaraq, əsgərliyə aparılıb və ən ön cəbhəyə göndərilib. Hərbi xidmətini çəkərkən böyrəyində daş yerdəyişməsi baş verib, üstəlik də kist və bel yırtığı vardır. Hazırda, Ruslan bəy hərbi hospitalına aparılıb. Bu günlərdə əməliyyat gözlənilir,” deyə Samirə Ağayeva bildirib.

 

Qeyd edək ki, Ruslan İzzətli səhhətindəki ciddi problemlərlə bağlı hərbi xidmətə “yararsız” hesab edilsə də, may ayının 25 – i hərbi xidmətə aparılıb. Səhhəti iə bağlı sənədlərini aidiyyatlı orqanlarına göndərdiyinə baxmayaraq, onun hərbi xidmətə aparılması ilə bağlı qərar verilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az