Tofiq Yaqublu 4 il, 3 ay müddətinə həbs edilib

tərəfindən Gozetci

[:az]Bakının Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsində hökm çıxararaq onu ciddi rejimli koloniyada saxlanılmaqla 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edib. Bununla da hakim Nəriman Mehdiyev T.Yaqublunu silah kimi əşyadan istifadə etməklə xuliqanlıqda (CM-in 221.3-cü maddəsi) təqsirli bilib.

Ötən gün prokuror onun 4 il, 6 ay müddətinə həbs edilməsini istəmişdi.

Xatırladaq ki, bu il martın 22-də T.Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı T.Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də T.Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. T.Yaqublu bu özbaşınalığa etiraz olaraq aclığa başlayıb.

T.Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi.

2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə həbs edilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az