Tofiq Yaqublu: “Nazirlər Kabinetinin qərarları deyəsən, təkcə mənim prosesimdə işləyir”

tərəfindən Gozetci

[:az]Cümə günü müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesində o, yenə vətəndaş cəmiyyəti və media nümayəndələrinin iclasa buraxılmasını tələb edib. Bu barədə Turan-a Yaqublunun yaxınları bildiriblər.

“Avtobuslar ağzına qədər dolu işləyir və bu, Nazirlər Kabineti yanında Operativ Qərargahı narahat etmir. Belə çıxır ki, Nazirlər Kabinetinin qərarları təkcə mənim prosesimdə işləyir”, deyə Yaqublu hakim Nəriman Mehdiyevin Operativ Qərargahın sosial məsafəyə riayət edilməsi haqqında qərarına əsasən, zalda iştirak edənlərin sayının məhdudlaşdırılması barədə açıqlamasına cavabda bildirib.

Prosesdə əvvəlcə şahid Əli Ağayev dindirilib. O, demək olar ki, bütün suallara “bilmirəm”, “yadımda deyil” cavabları verib.

Bu zaman o, ibtidai istintaqa ilk dəfə hadisədən 2 ay sonra çağırıldığını bildirib.

Onun məhkəmədə verdiyi ifadə istintaqda dediklərinə zidd olub. Bununla əlaqədar, hakim onun ibtidai istintaqa verdiyi ifadəni oxuyub. Amma şahid məhkəmədə verdiyi ifadəni təsdiq edib.

Daha sonra prosesdə şahid Mirməhəmməd Mahmudzadə dindirilib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

Vəkillər Yaqublunun mobil telefonundan alınmış qeydlərə yenidən baxılması, YNH günü şahidlərin mobil telefonlarının hərəkət trayektoriyası haqqında məlumat almaq üçün mobil rabitə operatoruna sorğu göndərilməsi və müdafiə tərəfin şahidlərinin dindirilməsi haqqında vəsatət qaldırıblar. Hakim yalnız birinci vəsatəti təmin edib.

Növbəti iclas sentyabrın 1-nə təyin edilib.

* Martın 22-də Tofiq Yaqublunun içində olduğu park edilmiş avtomobilə sükanı arxasında vətəndaş Elxan Cəbrayılovun oturduğu avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon polisi CM-in 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə, müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar.

Beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunun həbsini pisləyiblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az