Fuad Qəhrəmanlının yanına hələ də vəkil buraxılmır

tərəfindən Gozetci

[:az]İyulun 23-də həbs edilmiş Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı indiyədək vəkili ilə görüşə bilməyib. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, istintaq orqanı vəkillə müqaviləni Qəhrəmanlının ailə üzvlərinin bağlamaması bəhanəsi ilə məhbusa baş çəkməyə icazə verməkdən imtina edir. Avqustun 4-də gün ərzində vəkil görüş üçün icazə gözləyib, amma nəticə olmayıb.

Öz növbəsində, AXCP də hələ Qəhrəmanlının yanına hələ vəkil buraxılmadığını  bildirib. Bu, Qəhrəmanlıya qarşı amansız işgəncələr haqqında məlumatların doğru olması və indi istintaqın işgəncə izlərini gizlətməyə çalışması haqqında şübhələri artırır.

“İstintaq Fuad Qəhrəmanlının qardaşına təzyiq göstərib ki, o, vəkillə müqavilə bağlamasın. Amma bu, imtina üçün əsas ola bilməz, vəkildən yalnız Fuad Qəhrəmanlı özü imtina edə bilər. Order varsa, istintaq mütləq təqsirləndirilən şəxsə vəkil verməlidir”, deyə AXCP-nin məlumatında bildirilir.

Qəhrəmanlının ailə üzvlərindən şərh almaq mümkün olmayıb.

Fuad Qəhrəmanlı iyulun 23-də həbs edilib və CM-in 4 maddəsi, o cümlədən 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddə ilə ittiham olunub.

Bir müddət əvvəl Ombudsman, DİN və Baş Prokurorluq nümayəndələri Qəhrəmanlıya işgəncə verilməsi haqqında iddiaları təkzib ediblər. Amma onun yanına vəkil buraxılmaması işgəncə verilməsi ilə bağlı şübhələri artırır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az