Avropalı parlamentarilər Azərbaycan rəsmilərinə sanksiyalara çağırır

tərəfindən Gozetci

[:az]

“Hakimiyyəti zorla ələ keçirməyə cəhddə suçlanan Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən əsassız ittihamlarla həbs olunan onlarla müxalifətçidən biridir. Partiya lideri Əli Kərimli isə hazırda qanunsuz olaraq de-fakto ev dustağıdır”, – bəyanatda deyilir

Avropa Parlamentində Sosial-Demokratlar Qrupu Azərbaycanda insan haqlarını pozanlara qarşı sanksiyalara çağırır.

Qrupun vitse-prezidenti Kati Pirinin adından yayılmış bəyanatda hüquq-mühafizə orqanlarının AXCP rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlıya ağır işgəncə verməsi xəbərlərindən nahahatlıq ifadə olunur.

“Əli Kərimli de-fakto ev dustağıdır”

“Hakimiyyəti zorla ələ keçirməyə cəhddə suçlanan Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən əsassız ittihamlarla həbs olunan onlarla müxalifətçidən biridir. Partiya lideri Əli Kərimli isə hazırda qanunsuz olaraq de-fakto ev dustağıdır”, – bəyanatda deyilir.

“Bu hərəkətlər qınanmalıdır, müxalifətçilər Prezident Əliyevin təhriki ilə sistematik olaraq qorxudulur, təzyiqə məruz qalır və həbs olunurlar. Prezident dəfələrlə öz çıxışlarında onları “beşinci kolon”, “xəyanətkar” adlandırıb. Azərbaycan qanunvericiliyinə, ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq onların fundamental hüquqları təmin olunmur, vəkilləri, ailə üzvləri ilə əlaqə saxlaya bilmirlər. Prezident Əliyevin COVID-19 pandemiyası və Ermənistanla son hərbi gərginlikdən istifadə edərək ölkədə siyasi müxalifətin qalıqlarını təmizləməsi qəbuledilən addım deyil”, – bəyanatda vurğulanır.

Qrup Azərbaycandakı vəziyyətin “ciddiliyini” nəzərə alaraq AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Josep Borrell-ə müraciət edir. Onu yubanmadan Azərbaycanda siyasi müxalifətə və vətəndaş cəmiyyətə qarşı zorakı repressiyaya görə cavabdehlik daşıyan məmurlara AB tərəfindən insan haqları sanksiyaları tətbiq olunması üçün təşəbbüs irəli sürməyə çağırırlar.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az