Daha 3 AXCP fəalı saxlanıldı

tərəfindən Gozetci

[:az]Bu gün, iyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha 3 fəalı, – Sabunçu rayon şöbəsinin üzvü Babək Muradov, Abşeron rayon şöbəsinin üzvləri Elnur Quliyev və Müşfiq Quliyev saxlanılıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda bildirilir ki, bundan öncə, iyulun 27-də bu partiyanın Sabunçu rayon şöbəsinin üzvləri Yaşar Kərimov və Emin Fərhadov da saxlanılıb.

Hazırda AXCP-nin son saxlanılan 5 fəalının taleyi məlum deyil.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 43 nəfər fəalı həbs edilib.

“Onlardan 15 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 10 nəfər hazırda inzibati həbsdədir, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 35 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az