[:az]İki gün əvvəl, iyulun 20-də saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Nicat Abdullayevin inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, N.Abdullayev bu gün, iyulun 22-də anasına zəng edərək 30 sutka inzibati qaydada həbs olunduğunu deyib.
Amma N.Abdullazadənin nədə günahlandırıldığını öyrənmək mümkün olmayıb.
Hələlik, bu məlumatı rəsmi qurumlardan da dəqiqləşdirmək cəhdləri nəticə verməyib.
AXCP son günlər 20-dən çox üzvünün saxlandığını, onlardan bəzilərinin buraxıldığını, 7 üzvünün isə iyulun 14-də orduya dəstək aksiyasından sonra yaşanan olaylarla bağlı açılan cinayət işi üzrə istintaqa cəlb edildiyini vurğulayıb.
Azadlıq Radiosu[:]