Elgiz Qəhrəman aksiyayla bağlı ifadə verdi

tərəfindən Gozetci

[:az]Fəal Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib

NiDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elgiz Qəhrəman iyulun 18-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

İyulun 18-də Nərimanov Rayon Polis İdarəsinə çağırılan fəal sonradan istintaq idarəsinə gətirilib. Özünün sözlərinə görə, buna səbəb sosial şəbəkələrdəki səhifələrdə “Qarabağa dəstək” aksiyası ilə bağlı paylaşılan videoda onun bir saniyəlik kadrda adı və soyadını yazaraq təxribatçı kimi qələmə verilməsidir.

Elgiz Qəhrəman iyulun 14-də Milli Məclisin qarşısında və ümumiyyətlə, təxribatlar yaşanan yerlərdə olmadığını bildirib:

“Gecə saat 4-dən sonra Nazirlər Kabinetinin yanındaki park tərəfdə olmuşam. Ordan da evə qayıtmışam. Hətta mən 2 gün öncə bu videoları yayan səhifələr və onları paylaşan şəxslərin müəyyən edilməsi, barələrində tədbir görülməsi üçün müvafiq qurumlara şikayət də etmişəm”.

Elgiz Qəhrəmanı İstintaq idarəsində 5 saatdan artıq saxlanılıb. O, ifadə verdikdən sonra sərbəst buraxılıb.

E.Qəhrəman bundan əvvəl də həbsdə olub. O, 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunub. NİDA-çı gənc 2017-ci ilin yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 18-də isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. O, ötən ilin martında əfv sərəncamıyla azadlığa çıxıb.

E.Qəhrəmanın həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az