[:az]ABŞ-ın Bakı və Yerevandakı səfirlikləri nümayişçiləri dinc və təmkinlə hərəkət etməyə çağırır[:]

tərəfindən Gozetci

[:az]ABŞ-ın Bakı və Yerevandakı səfirlikləri iyulun 21-də Los-Ancelesdə Azərbaycan konsulluğunda baş vermiş zorakılıq aktlarını universal dinc toplaşma və etirazlar prinsipi ilə bir araya sığmayan hərəkət kimi pisləyiblər.

Amerikanın Azərbaycan və Ermənistandakı diplomatik missiyalarının birgə bəyanatında qeyd olunur, “ Birləşmiş Ştatlar diplomatik obyektləri müdafiə etmək öhdəliyinə ciddi yanaşır və bu səyləri dəstəkləmək üçün yerli hüquq- mühafizə orqanları ilə əməkdaşlıq edir. Söz və dinc toplaşma azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin zərurət olduqda zorakılıq aktlarına hüquq-mühafizə orqanları tərəfindən baxılacaq”.

Bəyanat müəllifləri “bütün nümayişçiləri dinc şəkildə hərəkət etməyə və təmkinli olmağa” çağırıblar.

Məlum olduğu kimi, iyulun 12-14-da Azərbaycan-Ermənistan sərhəddində döyüş əməliyyatları ilə əlaqədar bir qrup erməni iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirib.

Eyni zamanda, Baş Konsulluqda olan azərbaycanlılar cavab aksiyası keçiriblər. Tərəflər arasında mübahisə münaqişəyə çevrilib və ermənilər azərbaycanlılara fiziki xəsarətlər yetiriblər. 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az