[:az]Reper narkotik ittihamı üzrə günahsız olduğunu deyir[:]

tərəfindən Gozetci

[:az]Bakı apellyasiya məhkəməsində 60 günlük həbs edilən reper Teymurovun apellyasiya şikayətinə baxılıb.

E.Teymurov iyunun 2-də həbs olunub. Ona Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 günlük inzibati həbs cəzası verilib. E.Teymurov İnzibati Xətalar Məcəlləsinin 206.1 (narkotik maddələrin şəxsi istehlak miqdarında hazırlanması, saxlanması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.

Elşən Teymurovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, iyunun 20-da Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə 10 vəsatət verilib.

Onun sözlərinə görə vəsatətlər E.Teymurov saxlandığı gün Sabunçu rayonu, 12-ci polis bölməsindəki kameraların qeydə aldığı görüntülərə baxış keçirilməsi, ondan narkotik tapıldığını iddia edən polis əməkdaşlarının dindirilməsi və s. Barədə idi . Məhkəmə isəheç biri təmin edilməyib.

Vəkil deyib ki, E.Teymurov məhkəmədə iştirak edib.

E.Teymurov özünüona elan edilmiş narkotik ittihamı ilə günahsız olduğunu bildirib.

Onun sözlərinə görə, polisin tənqid olunduğu video 2019-cu ildə çəkilib. Həmin vaxt ona 15 günlük inzibati həbs cəzası verilib. Özü də videonu sosial şəbəkələrdən silib. Repçi deyir ki, sözügedən video təxminən bir ay əvvəl – Respublika Günü ərəfəsində onun özünün də xəbəri olmadan yenidən Youtube-a yüklənib. Bir neçə gün sonra onu həbs ediblər.

Nəticədə hakim Əli Seyfəliyev E.Teymurov haqqında 60 günlük inzibati həbs qərarı qüvvədə saxlanıb.

Vəkil deyib ki, müdafiə etdiyi şəxslə məsləhətləşib bu işi Avropa İnsan Hüquqları məhkəməsinə qədər aparılacaq.

Öz növbəsində rəsmi qurumlar reperin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

İyunun 11-də reperin atası Amerikanın Səsinə verdiyi müsahibəsində deyib ki, oğlunu iyunun 2-də 12-ci Polis Bölməsinin əməkdaşları saxlayıb və iyunun 3-də isə Daxili İşlər Nazirliynin Binəqədi qəsəbəsindəki İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.

“Oğlumun həbsinin səbəbini sahə polis müvəkkilindən soruşdum. Dedim ki, mən valideynəm bilməliyəm oğlum niyə həbs edilib. Demədi. Anasına da heç nə deməyiblər. Getdik polisə, birinci dedilər qız şərləməsidir. Sonra dedilər belə deyil. Sonra dedilər polisə müqavimət. Sonra dedilər o da deyil. Nəhayət dedilər şəhid ailəsini döyən polislərlə bağlı paylaşıb. Onunla tutublar, sonra da narkotiklə həbs ediblər. Guya, oğlum narkotik istifadəçisidir. Başımla cavabdehəm, mənim uşağım ömrü boyu elə şeylərdən uzaqdır,” ata deyib ki, Elşən Teymurov bu günlərdə evlərinə zəng edərək narkotik ittihamı ilə iki ay həbsə məhkum edildiyini bildirib.

Qəşəm Tağıyev ailəsinin çətin sosial durumda olduğunu bildirib.

“Ailəmizdə heç kim işləmir. Çətin durumda yaşayırıq. Evimizə bircə çörək gətirən Elşən idi, onu tutdular.” deyə atası bildirib.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az