[:az]Polisin hərəkətinə etiraz edən inanclı fəal həbs olunub[:]

tərəfindən Gozetci

[:az]“Müsəlman Birliyi Hərəkatı“nın üzvü Alik Aslanov həbs olunub. İyunun 10-da İmişli Rayon Məhkəməsinin qərarıyla ona 15 günlük inzibati həbs cəzası verilib. A.Aslanov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunub.

Amma yaxınları Meydan TV-yə bildirib ki, A.Aslanovu iyunun 9-da Bakıda – metronun “Nərimanov” stansiyasının yaxınlığında mülki geyimlilər tutub maşına mindirərək, İmişliyə aparıblar: “Bir gün əvvəl ona zəng eləmişdilər, özlərini İmişli Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişdilər. Demişlər ki, onunla görüşmək istəyirlər, hansısa məsələ ilə bağlı söhbət edəcəklər. Axşam saat 6 radələrində metronun yanında görüşəndə elə oradan götürüb aparıblar. Bir də xəbər tutduq ki, İmişlidə məhkəmə keçirilib, 15 sutka həbs eləyiblər”.

Yaxınları deyir A.Aslanov bir müddət öncə məscidlərin açılması üçün Prezident İlham Əliyevə müraciət etmişdi. İyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda karantin rejiminin sərtləşdirilməsi, həmçinin polislərin vətəndaşlara davranışına etiraz olaraq, “Facebook” səhifəsində belə bir paylaşım etmişdi: “Şənbə-bazar gunləri evdə qalmağa “yox” deyirik, polislərin bu xalqa hörmət qoymalarını tələb edirik”.

Ailə üzvləri hesab edir ki, onun həbsinin gerçək səbəbi budur.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin fikirlərinə görə təqib olunmadığını, həbs olunanların konkret qanun pozuntusuna görə cəzalandırıldığını bildirir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az