[:az]Polis zorakılığı və nalayiq davranışı dayandırılsın !
Hökumətin həftə sonlarını sərt karantin elan etməsinin COVİD-19 la mübarizə çərçivəsində fayda verəcəyinə ümid edirik. Bununla belə son iki gün ərzində polis orqanlarının vətəndaşlara qarşı zorakılıq və nalaiq davranışı diqqətdən kənarda qala bilməz. Hüquq mühafizə orqanlarının əməkdaşlarının bu addımı son dərəcə qanunsuz olmaqla yanaşı həm də xalqda tələb olunan qadağaların faydasına inamsızlıq aşılayır. Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, baş verən hər bir olay araşdırılmalı vətəndaşlarla alçaldıcı rəftara, işgəncəyə görə məsuliyyət daşıyan polis əməkdaşları cəzalandırılmalıdır. Ümid edirik ki, bu rəsmi göstərişin nəticəsi deyil və dərhal aradan qaldırılacaq. Əgər bu cür qanunsuz və əxlaqdankənar hərəkətlər cəzasını almasa, bu rəfədarın xoşagəlməz və arzuolunmaz istiqamətə yönlməsinin məsuliyyəti hakimiyyətin və hüquq mühafizə orqanlarının rəhbərliynin üzərində qalacaq. AXCP bir an öncə polisi xalqla etik davranışa, xalqı isə karantin qaydalarına əməl etməyə çağırır.
Bəyanatı AXCP RH – qəbul etmiş, Mətbuat Xidməti yaymışdır[:]