[:az]Jurnalistin məhkəməsi davam etdirilib[:]

tərəfindən Gozetci

[:az]Bu gün, iyunun 4-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədirliyi ilə jurnalist Təzəxan Mİrələmlinin məhkəməsi davam etdirilib.

Mirələmli cinayət işi ilə bağlı özünü təqsirli bilmədiyini deyib və məhkəməyə sərbəst ifadə verməkdən imtina edib.

Qarşı tərəf, bloger Ata Abdullayev ifadə verib. O bildirib ki, fevralın 26-da AXCP sədri Kərimliyə sual vermək istəsə də, bunun qarşısı alınıb.

Məhkəmədə şahid qismində Borçaliyev Rəşad və İsmayılov Vədat çıxış edib. Şahidlər Ata Abdullayevin dediklərini təsdiq ediblər.

Təqsirləndirilən şəxs Mirələmli ekspertin dindirilməsi ilə bağlı vəsatət versə də, qəbul edilməyib.

Xatırladaq ki, özünü bloger kimi təqdim edən Ata Abdullayev bu il  fevralın 26-da Milli Şuranın Xocalını anma yürüşü zamanı ona xəsarət yetirdiyini iddia edərək, jurnalist Mirələmlinin həbsini tələb edib. Jurnalist Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Növbəti məhkəmə prosesi iyunun 18-nə təxirə salınıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az