[:en]Tələbələrin aksiyası olub, saxlananlar var[:az]Tələbələrin aksiyası olub, saxlanılanlar var[:]

tərəfindən Gozetci

[:az]Bu gün, iyunun 1-də “Tələbə tələbi” adlı hərəkatın iştirakçıları “ödənişi ləğv et” və “imtahanları ləğv et” tələbi ilə Təhsil Nazirliyinə müraciət çatdırmaq istəyiblər. Onlar Təhsil Nazirliyinin önünə gəliblər, fəallardan bəziləri saxlanıb. Tədbir iştirakçıları koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılması (Ali və orta məktəblərdə dərslər martın 3-dən dayandırılıb) səbəbindən semestr imtahanlarının ləğv edilməsini istəyirlər.

Təhsil Nazirliyinə müraciət ünvanlamaq üçün gələnlərdən Rüstəm İsmayılbəyli, Allahverdi Həsənov və Zərifə Novruzu polislər Nazirliyə məxsus Təhsil Muzeyinin binasına aparıblar. Həmin şəxslərin bildirməsinə görə, onları nazirliyin rəsmilərinin qəbul edəcəkləri bildirilib.

Bir müddət sonra geri qayıdan Z.Novruz deyib ki, onları qəbul etsələr də, daha sonra R.İsmayılbəyli binadan çıxarılaraq naməlum istiqamətə aparılıb. Amma o, qəbul haqqında geniş bilgi verməyib. Deməsinə görə, onları yalnız dinləyiblər.

Binadan çıxan A.Həsənov və ora gələn Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Əhmədov, fəallar Vüqar Mirzəbəyİlham RəsulRəhim Məmmədov və Qiyas İbrahimov polis maşınına mindirilərək aparılıblar.

Polis ora yığışanlardan məsafə saxlamaq və karantin qaydalarını pozmamağı tələb edib. (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edilib)

Hadisə zamanı jurnalistlərə mülkigeyimli şəxslərin də müdaxiləsi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Turan” agentliyinə məsələ ilə bağlı araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib.

Tələbələrin tələblərinə isə, hələlik, Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanın ali məktəblərində tələbələrin təqribən 70 faizinin ödənişli əsaslarla təhsil aldığı bildirilir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az