86
[:az]Son iki gündə AXCP sədri Əli Kərimli üçün alınan iki yeni telefon nömrəsi bloklanıb.
Partiyadan Turan-a bildiriblər ki, yeni nömrələr Kərimli onlardan istifadə etməyə başladıqdan 20 dəqiqə sonra bloklanıb. Bu, bir daha təsdiqləyir ki, AXCP rəhbərinin blokadası hökumət səviyyəsində aparılır, deyə AXCP-dən bildiriblər.
Xatırladaq ki, Kərimli bir ay yarımdır ku faktiki ev dustaqı vəziyyətindədir və xarici aləmlə ilə əlaqələrdən məhrumdur.
Turan[:]