[:az]AXCP fəalı bıçaqla xəsarət yetirməkdə ittiham olunub (YENİLƏNİB)[:]

tərəfindən Gozetci

[:az]AXCP fəalı bıçaqla xəsarət yetirməkdə ittiham olunub

Bakı/19.05.20/Turan: Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Seyid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.

Seyidin harada və kimi bıçaqla yaraladığı barədə anasına məlumat verilməyib.

Xatırladaq ki, fəal mayın 16-da uşağını həkimə apararkən küçədə saxlanılıb.

Partiyadan həmkarları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin siyasətini fəal şəkildə tənqid etməsi olduğunu hesab edirlər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az