[:az]“Sərhədsiz Reportyorlar” Azərbaycandakı vəziyyətdən narahatdır[:]

tərəfindən Gozetci

[:az]“Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye “Amerikanın səsi”nə müsahibəsində Azərbaycanda mətbuatın vəziyyətini dəyərləndirib.

“Sərhədsiz Reportyorlar” bu yaxınlarda 2020-ci il üçün “Mətbuat azadlığı indeksi”ni açıqlayıb və həmin İndeksdə Azərbaycan mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Bunun səbəbi nədir​? Bu sualın cavabında J.Kavalye deyib ki, Azərbaycan 180 ölkə arasında 168-ci yerdədir. Və ötənilki reytinqlə müqayisədə bu il iki pillə geriləyib.

“Ötən ilin sonlarında Əli Həsənov vəzifədən çıxarıldıqdan sonra bizdə dəyişikliyin olacağıına ümid yarandı, çünki prezidentin bu müşaviri KİV-in əsas düşməni idi. Ancaq jurnalistlərin və mətbuatın qorunacağı ilə bağlı vədlər reallaşmadı. Hakimiyyət beynəxalq tənqidə məhəl qoymur, mətbuat və söz azadlığını boğmağa davam edir. Müstəqil jurnalistlər və blogerlər həbs və şantaj olunurlar. Onlar əsassız ittihamlarla həbs olunurlar. Ona görə də Azərbaycandakı vəziyyət bizi çox narahat edir”, – o deyib.

J.Kavelye qeyd edib ki, hətta ölkə sərhədlərindən kənarda yaşayan jurnalistlər təqib edilir və şantaj olunur. Azərbaycanda azı beş jurnalist həbsdədir. Bundan əlavə bəzi müstəqil saytlara çıxış bloklanıb. Məmurlar

tərəddüd etmədən jurnalistləri həbs edirlər. Hətta parlament seçkiləri zamanı azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar öz işlərinə görə fiziki hücumlara məruz qalmışdılar. ​

Son zamanlar mətbuata artan təzyiqin səbəbi nədir? Bu sualın cavabında J.Kavelye deyib ki, koronavirus böhranı ölkədə senzuranı gücləndirir.

Hökümət karantin tədbirlərindən sui-istifadə edir. Məsələn ötən həftə “Azadlıq” qəzetinin jurnalisti Səadət Cahangir müxalifət liderindən müsahibə almaq istəyəndə saxlanılmışdı. Guya karantin rejimini pozduğuna görə cərimələnmişdi. Halbuki, elə hakimiyyətin öz bəyanatlarına görə, jurnalistlər karantin müddətində də fəaliyyətlərini davam etdirə bilər. Bundan üç gün sonra qaz idarəsinin işçiləri olduqlarını söyləyən prokurorluq əməkdaşları S.Cahangirin evinə daxil olaraq axtarış aparıblar. O, səkkiz saat dindirilib və vəkil çağırmağına icazə verilməyib. Axtarış zamanı götürülən şəxsi pullar qaytarılmayıb.

Digər nümunə Natiq İsbatovdur. Bu frilanser müxbir etiraz aksiyasını işıqlandırarkən saxlanılıb və karantin rejimini pozduğuna görə 30 sutka inzibatı həbsə məhkum edilib.

“Biz hesab edirik ki, martın 17-də informasiya haqqında qanuna edilən düzəlişlər mətbuat azadlığı üçün çox təhlükəlidir. Məmurlar onlayn-KİV sahiblərini qeyri-dəqiq məlumatın dərcinə görə ittiham edərək cəzalandıra bilər. Jurnalistlər pandemiya haqda ancaq rəsmi məlumatlardan istifadə edə bilər. Hətta sosial şəbəkələrin istifadəçiləri də qeyri-rəsmi məlumatı paylaşa bilmirlər. Bu, bizi çox narahat edir”.

Beynəlxalq birlik bu təqiblərin qarşısını almaq üçün nələr edə bilər? Bu sualın cavabında J.Kavelye deyib ki, beynəlxalq birlik Bakıya, xüsusilə də Azərbaycanla ticarət edən Avropa ölkələrinə təzyiq göstərməlidir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az