Milli Məclis Ali Məhkəmənin yeni hakimlərini təyin edib

tərəfindən Gozetci

[:az]Əli Hüseynli: “Hakim ştatlarının sayı 200 vahid artırılıb”

Milli Məclis mayın 5-də keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələsinə baxıb.

Toplantıda Bakı Apelyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apelyasiya Məhkəməsinin hakimi – İspəndiyar Şəfiyevin, Şirvan Apelyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apelyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Eyni zamanda, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib. Milli Məclis onların hakim təyin edilməsinə səs verib.

Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, hakimləri yaşa görə yox, əməyinə görə qiymətləndirmək lazımdır. O hesab edir ki, hakimlərin sayı yenidən artırılmalıdır.

“Bu yaxınlarda cənab Prezidentə olan müraciətlərdən görürük ki, bir icra başçısı insanların əmlakını tutub əlindən alır. Ədalət mühakiməsini həyata keçirən qalır kənarda, icra başçısı deyir ki, şəhadətnaməni gətirin seyfimdə saxlayacam. Burada ədalətli qərarın rolu həddindən artıq böyükdür”, – S.Novruzov əlavə edib.

Birinci vitse-spiker Əli Hüseynli 12 yeni məhkəmə yaradıldığını deyib:

“Hakim ştatlarının sayı 200 vahid artırılıb, artıq hakimlərin fasiləsiz seçilməsi təcrübəsi yaradılıb. Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur, 9 yeni hakim ştatı yaradılıb. Ali Məhkəməyə Apelyasiya instansiya məhkəmələrinin ən nüfuzlu hakimlərinin təyin olunması təklif edilib”.

Birinci vitse-spikerin sözlərinə görə, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynov öz ərizəsi ilə vəzifələrindən azad olunublar.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az