[:az]Naxçıvanda: Kim saxlanma vəziyyətindən şikayətlənirsə, döyürlər[:]

tərəfindən Gozetci

[:az]Karantində qalan şəxslər vəziyyətlərindən şikayətçidirlər

Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı N saylı hərbi hissədə karantində saxlanılan şəxslərin şikayəti var. Orada baş verənlər haqqında Meydan TV-yə danışan şəxslər deyirlər ki, artıq 15-16 gündür karantin rejimində saxlanılırlar. İndi isə onlara deyilib ki, Bakıya qayıtdıqdan sonra da təxminən o qədər “Atletlər kəndi” adlanan ərazidə karantin rejimi keçəcəklər.

Təhlükəsizliyi səbəbindən adı açıqlanmayan mənbə Meydan TV-yə deyib ki, saxlanma şəraitləri barədə danışmaq qəti qadağan olunub:

“Buranı Hitlerin yahudiləri saxladığı kamplarla müqayisə edirik. Mən gələndə sağlam idim. İndi məndə öskürək, halsızlıq, boğaz ağrısı, hər nə desəniz var. Baxan, maraqlanan yoxdur. Hamı eyni yerdə, xəstəliyi varsa da, bir-birinə bulaşdırmaqla yaşayır. Dərdin, xəstəliyin nə olursa olsun, “Paracetamol”dan başqa heç nə vermirlər”.

Yenə də təhlükəsizlik səbəbindən adı açıqlanmayan başqa bir mənbə isə deyir ki, martın 26-27-dən hərbi hissədə olanları artıq Bakıya aparıblar:

“Bakıya çatanda hamısının pasportunu alıblar, özlərini də aparıblar Atletlər kəndinə. Orada deyiblər ki, Naxçıvanda qaldığınız karantin sayılmır. Hələ 14 gün də burada qalmalısınız. Burada təkcə tələbələr deyil, ailələr də var. Binanın 3-cü mərtəbəsində qadınlar saxlanılır. Tez-tez qadınlar arasında sudurğa keçirən, ürəyi gedən olur. Əhəmiyyət verən, normal münasibət göstərən yoxdur. 17 gündür burdayam. Deyirlər, Bakı təyyarə göndərmir. Nə zaman göndərsə, onda da gedəcəksiz. Yəni, lap 1 ay da burda qalsaq, Bakıya çatan kimi yenidən karantinə alınacağıq”.

Mənbənin sözlərinə görə, indiyədək kim vəziyyətdən şıkayət edibsə, təzyiqlə üzləşib:

“Burdakı problemləri kim işıqlandırıbsa, tapıb döyüblər, işgəncə veriblər. Neçə tələbəni aparıb günlərlə zirzəmidə saxladılar, döydülər. Ona görə də çoxu qorxusundan səsini çıxarmır. Amma vəziyyətimiz elədir ki, dözmək olmur, belə yaşamaq adama ağır gəlir”.

Meydan TV məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət öyrənə bilməyib.

COVİD 19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq olunur. Martın sonlarından başlayaraq, Türkiyədə qalan azərbaycanlıların bir qismi ölkəyə Naxçıvandan gəliblər. Onlar Muxtar Respublikada karantinə alınıblar. Meydan TV bir neçə dəfə karantin altında olan şəxslərin üzləşdiyi problemləri, gördükləri təzyiqləri işıqlandırıb . Lakin verilən məlumatlardan belə aydın olub ki, nəinki deyilən problemlər aradan qaldırılıb, əksinə bunu işıqlandıran vətəndaşlar təzyiqlə üzləşib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az