[:az]Lənkəran sakini: ‘Heç olmasa bu borcları ləğv eləsinlər'[:]

tərəfindən Gozetci

[:az]Dünən aprelin 10-da bir qurup Lənkəran sakininin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin önündə toplaşaraq yardım istədikləri bildirilir.Onların Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının önündə də olduqları deyilir.

“Heç kim fikirləşmir ki, bu adam evdə qalıb nə yeyəcək?”
Bu barədə məlumatı onlardan biri, Lənkəran rayon sakni, əngəlli İlqar Əliyev verib:

“Problem ondadır ki, hərəsinə bəhanə gətirib yardım vermək istəmirlər. Birinə deyirlər pay torpağın var, digərinə deyirlər ki, ailəndə maaş alan var. Söhbət maddi yardım olan 190 manatdan gedir. Mən hərbi əliləm, 3 körpəm var, həyat yoldaşım da işləmir. Ailənin yeganə gəliri 230 manat aldığım pensiyadır. Karantin olmamışdan əvvəl özümü ora-bura vururdum, bir az qazanc olurdu. Deyirlər evdə qal,qalırıq. Heç kim fikirləşmir ki,bu adam evdə qalıb nə yeyəcək? Kirayədə qalıram, qaz, işıq pulu verirəm.”

“Qaz, işıq pulu borcu gəlib çıxıb 270 manata”
Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şöbəsində onları dinləmək istəməyiblər:

“Qapıda élan vurublar ki,190 manatla bağlı onlara müraciət edilməsin. Həm də deyirlər ki, sənə yardım düşmür. Hər gün Dövlət Sosial Müdafiə Fondon Lənkəran şöbəsinin qarşısında toplaşırıq. Haqqımızı istəyirik. Birinə dedilər ki, yoldaşının pay torpağı var. Belə məqamda belə söhbət olarmı? Uşaqlarım körpədirlər. Qaz, işıq pulu borcu gəlib çıxıb 270 manata. Heç olmasa bu borcları ləğv eləsinlər. Ölkə başçısı pul ayırır, məmurlar vermir. O yaxşı adamdır.”

“Axı uşaq da yemək istəyir”

İlqar Əliyev

O deyib ki, pandemiya ilə bağlı qadağaların əleyhinə deyil:

“Karantinin əleyhinə deyiləm, lazımdır. Axı uşaq da yemək istəyir. Uşaqlarımızı nə ilə dolandıraq? Evdə axırıncı düyünü gecə qaynadıb vermişəm uşaqlarıma. Nə verəcəyəm bundan sonra onlara? Gəlirim yoxdur. Prezidentin bundan xəbəri yoxdur.Olsa tədbir görər.”

Lənkəran rayonun digər sakini Bəxtiyar Muradov da imkansız olduğunu, iqtisadi vəziyyətin gündən-günə pisləşdiyini söyləyib:

“3 uşağım var, dolana bilmirik.Taksi sürürdüm, balalarıma çörək pulu qazanırdım. İndi qoymurlar, oturmuşuq evdə. Heç yerdən qazanc yoxdur…”

Lənkəran rayon sakini Əflatun Ağayaroğlu da bu problemlərin tezliklə həll olunmasını vacib sayır:

“Nə iş verirsiniz, nə də yardım”
“Heç yerdən gəlir yoxdur. Torpaq verilib 2006-cı ildə. O vaxtı ailədə 7 nəfər idik, indi 11 nəfər olub.Uşaqlardan biri əsgərlikdən gəlib. Nazir oturub orda, danışır. Gəlsin hesabalsın, artıq pul qalsa verərəm ona. Nazirliklə danışmışam,vəziyyəti başa salmışam. Nə iş verirsiniz, nə də yardım. Evdə ac necə əyləşim? Gəlsinlər baxsınlar, necə yaşayıram. Bunları ancaq kağız maraqlandırır, insan yox.Yoxdur gəlirim. Necə olur ki,siz varlanrısnız, biz kasıblaşırıq? ”

Hələlik, bütün bu deyilənlərə, Lənkəran rayonun rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Hökumətin məsələyə yanaşması
Son günlər ölkənin bir sıra başqa bölgələrində də insanların işsizlərə verilən birdəfəlik yardımlarla bağlı tələbləri eşidilir.Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərlə bəzən bu tələblər üst-üstə düşmür.

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb. Nazirlər Kabineti prezidentin bu sərəncamın icrası ilə bağlı aprelin 4-də Tədbirlər Planını təsdiqləyib. Həmin planda işsiz kimi qeydiyyata düşmüş şəxslərə də 190 manat birdəfəlik yardım verilməsi yer alıb.

Nazirlər Kbineti bildirib ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əmək pensiyaçılarına, aylıq müavinət, təqaüd alanlara və özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilən şəxslərə yardım verilməyəcək. Habelə, işsizlikdən sığorta ödənişi, peşə hazırlığına görə təqaüd alanlara və bu il kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə də yardımın düşmədiyi açıqlanıb.

Üstəlik, əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara da həmin məbləğin verilməyəcəyi qeydedilib.

Nazirlər Kabineti həmçinin bildirib ki, əri və ya arvadı ödəniş alan şəxslər bu yardımdan kənarda qalacaqlar. Birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə ödəniləcək.

Artıq ödəmələrə başlanıldığı açıqlanıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az