[:az]Natiq İsbatov karantin rejiminin pozulmasında ittiham edilib
Video-bloger Natiq İsbatov aprelin 9-da 30 sutka inzibati cəza alıb. O, İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması), 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham olunub.
Bu barədə məlumat yayan onun yaxınları bildirib ki, Natiq İsbatov Abşeron Məşğulluq İdarəsinin qarsında narazılıq edənlərdən reportaj hazırlayarkən saxlanılıb və yerli məhkəmə haqqında hökm çıxarıb.
Natiq İsbatov 2017-ci ilin yanvarında Hollandiyaya mühacirət edib. 2019-cu il iyulun 9-da onu həmin ölkədən deport ediblər. Azərbaycana gəldikdən 3 gün sonra onu yaşadığı binanın yaxınlığında saxlayıblar. Natiq İsbatov iyulun 12-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) ittihyamıyla 30 sutka həbs edilmişdi.
O, Facebook-da “Karrupsiyaya Yox De” səhifəsinin və 7gun.az saytının” əməkdaşıdır.
Meydan TV[:]