[:az]Ruhulla Axundzadə əfv sərəncamına görə vətəndaşlıqdan imtina edir[:]

tərəfindən Gozetci

[:az]“Mənə münasibətdə ayrı-seçkiliyə yol verilib”

İslam Partiyasının Astara rayon təşkilatının həbsdə olan sədri Ruhulla Axundzadə Azərbaycan vətəndaşlığından emtina etmək üçün Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, R.Axundzadə Prezidentin aprelin 6-da imzaladığı əfv sərəncamına etiraz olaraq, bu qərarı verib. Sərəncama əsasən, 65 yaşı tamam olmuş 176 məhbus əfv edilərək, azadlığa buraxılıb. R.Axundzadə bildirir ki, ona münasibətdə ayrı-seçkiliyə yol verilib.

“65 yaşı tamam olmuş şəxsləri əfv etdiniz. Amma dövlətə, xalqa qarşı qeyri-səmimi olanlarla mübarizə aparan məni yox. Heç bir əsas olmadan, qanunsuz hökmlə uzunmüddətli həbsə məhkum edilmişəm. Əslində, buna görə məndən üzr istənilməlidir. Buna baxmayaraq, sizdən əfv etməyinizi xahiş etmişdim. Amma yenə də əfv etmədiniz”, – deyə R.Axundzadə müraciətində bildirir.

Azərbaycanda xüsusən son ildə inanclı insanlara qarşı repressiyaların gücləndiyini vurğulayan R.Axundzadə özü ilə yanaşı, ailə üzvlərinin də vətəndaşlıqdan məhrum edilməsini istəyib.

65 yaşlı R.Axundzadə 2011-ci ildən həbsdədir və hazırda 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi ittiham olunaraq, 11 il 6 ay azadlıqdan məhrum edilib.

Onun oğlu Məhəmmədəli Axundzadə isə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan qısa müddət sonra həbs olunub. O, narkotik ittihamıyla 5 il azadlıqdan məhrum edilib. Yaxınları isə bildirir ki, narkotik ittihamı saxtadır, o, Nardaran əməliyyatında həbs olunan şəxslərin fotolarını yaydığına, onların qanunsuz həbsi barədə paylaşdığı fikirlərə görə həbs olunub.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az