104
[:az]
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının baş redaktoru Elçin Məmməd saxlanılıb. Elçin Məmmədə qarşı 177.4.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddə ilə cinayət işi açılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl redaktor özünün Facebook hesabında şərlənildiyini bildirib. O bildirib ki, təhqiqatçı Şərail Quliyevin çağırışı ilə polisə gedib və Sumqayıt şəhər sakini Aysel Mustafayevanın şikayəti əsasında 3 saata yaxın dindirilib. A.Mustafayeva iddia edirdi ki, Elçin Məmməd guya onun çantasından dəyəri 7500 manat olna dəst qızıllrını oğurlayıb:
“Həmin şəxs hüquqi yardımla bağlı mənə müraciət etmişdi və bu sahədə dəstək istəyirdi. Onun sözlərinə görə, mülki işlə əlaqədar xeyrinə məhkəmə qərarı olsa da icra məmurları tərəfindən icra olunmur. Həmin şəxslə martın 14-də görüşdüm, problemlərini dinlədim və hüquq müdafiəçisi kimi lazımi köməkliklər göstərəcəyimi bildirdim. Üzünü cəmi bircə dəfə gördüyüm bu şəxs indi iddia edir ki, guya mən onun çantasından 46 qramlıq və 7500 manat dəyərində dəst qızıllarını oğurlamışam. Çox maraqlıdır, tanımadığı insanla görüşə gedən şəxs çantasına bu qədər qızılı qoyub niyə gəlsin ki?! Əgər oğurluq hadisəsi ona elə həmin gün məlum olubsa, niyə “hadisədən” 10 gün sonra, martın 24-də barəmdə şikayət verib? Cavabı gözləyən sualları çoxdur. Sadəcə tanış ssenaridir və bircə cavabı var: Şərləmə! Tofiq Yaqubluya, Anar Məlikova və digər müxalif fəallara qarşı yazılmış ssenarinin davamıdır”
Xatırladaq ki, Elçin Məmmədə qarşı cinayət işi daha əvvəl başqa bir jurnalistə qarşı yalançı şahidlik etmiş şəxsin şikayəti əsasında açılıb.O, 9 fevral seçkilərinin nəticələrinə etiraz edən deputatlığa namizədlərdən biri idi və insan haqlarının vəziyyətilə bağlı vaxtaşırı hesabatlar yayırdı.
[:]