85
[:az]Martın 23-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun hüquqlarını İctimai Müdafiə Komitəsi yaraıdlıb.
Bu barədə Müsavat Partiyası mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Müsavat başqanın müavini Fərəc Kərimli Müdafiə Komitəsinin sədri, Müsavat Partiyasının funksionerləri Gülağa Aslanlı, Nemət Kərimli, Səxavət Soltanlı, Osman Kazımov, Mustafa Hacıbəylli, Könül Alı və Elman Quliyev komitənin üzvləridir.
“Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Yaqubluya qarşı irəli sürülən ittihamın tam uydurma olduğunu bildirməklə yanaşı onun dərhal azadlığa buraxəlmasını tələb edirik,” Müdafiə Komitəsinin bəyanatında deyilir.
Turan[:]