[:az]Mübariz Mənsimovun tərəfdarlarının aksiyasında jurnalistlər döyülüb[:]

tərəfindən Gozetci

[:az]Martın 18-də günorta Türkiyədə həbs edilmiş biznesmen Mübariz Mənsimovun tərəfdarlarından ibarət qrup Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. İştirakçılar Mənsimovun azad edilməsini tələb ediblər, amma aksiya polis tərəfindən dağıdılıb. Bu zaman sarı jurnalist jileti geyinmiş jurnalistlər belə zorakılığa məruz qalıb.

Xüsusən, “Azadlıq” radiosunun foto-video operatoru Ramin Deko döyülüb və aksiyanı çəkdiyi mobil telefon onun əlindən alınıb.

“Polis əvvəl sakit davranırdı, amma bir neçə dəqiqə sonra onlara əmr verildi və onlar jurnalistlərə hücum etdilər və onları döyməyə başladılar. Mənim telefonumu əlimdən aldılar və asfalta çırpdılar. Özümü yera atdılar və ayaqlamağa və vurmağa başladılar. Qolumdan və ayağımdan xəsarət aldım, üzümdə qançırlar var”, deyə jurnalist bildirib.

Frilanser Təbriz Mirzəyev deyilənləri təsdiq edib, 10-dan çox jurnalistin xəsarət aldığını qeyd edib. Onlar hamısı sarı julet geyinmiş və mətbuat kartı taxmışdı.

“Bizi vəhşicəsinə döydülər, kameralarımızı qırdılar. Biz oradan uzaqlaşıb maşına mindikdən sonra polis qapını açıb bizi maşının içində də döyməyə və təhqir etməyə başladı. Biz DİN-ə şikayət vermək niyyətindəyik”, deyə o, Turan agentliyinə bildirib.

Öz növbəsində, Bakı Şəhər Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev hadisə ilə bağlı “araşdırmalardan” sonra şərh verəcəyini bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az