84
[:az]ReAl Partiyasının sədri İlqar Məmmədov, D-18 Hərəkatının sədri Ruslan İzzətli saxlanılaraq naməlum istiqamətə aparılıblar. Müsavat partiyasının başqanı Arif Hacılının evin qarşısında post qurulub, partiyanın 3 üzvü, deputatlığa namizədlər Əlikram Xurşidov, Bakıxan Qəribli, Bayraməli Abdullayev isə saxlanılıblar. Bununla yanaşı namizəd Mehman Hüseynov və Ülvi Həsənlinin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasının qarşısında Milli Məclis seçkilərinə namizədlərin aksiya keçirməsi planlaşdırılır.[:]